Bakıda 2 oktyabr tarixində bal yarmarkası öz işinə başlayıb.
"Unikal" xəbər verir ki, yarmarka oktyabrın 22-nə qədər davam edəcək. Satış hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında, “Gənclik” metro stansiyasının yaxınlığında baş tutur. Bu il yarmarkada 250 arıçı iştirak edir. Məhsulların ümumi çəkisi 95 tondan çoxdur.
Balın kiloqramının qiyməti 25-40 manat arasında dəyişir.
Balın qiymətləri aşağıdakı kimidir:
– Çiçək balı – 25 manat;
– Çökə balı – 30 manat;
– Dağ balı – 30 manat;
– Kovuş balı – 40 manat.
Fotolar: Ayxan Məlikov