Kanadada naməlum şəxs  baş nazir Castin Trüdoya yaxınlaşaraq onu “dövlət pulu” hesabına Ukraynaya maliyyə yardımı göstərməkdə ittiham edib.

"Unikal" xəbər verir ki, kanadalının çəkdiyi video "X" sosial şəbəkəsində yayımlanıb.

Videoda siyasətçi küçədə insanlarla salamlaşıb, onlarla görüşüb. Bu zaman vətəndaşlardan biri baş nazirə “ölkəni itirdiyini” deyib və dövlət büdcəsindən gələn pulların nəyə xərcləndiyini soruşub.

"Hər şeyi Ukraynaya göndərirsən, elə deyilmi?", - kişi baş nazirə deyib. Trüdo isə kanadalıya Rusiya təbliğatını yaydığını bildirib.