Ötən gün İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın pasportunun müsadirə edilərək ona ölkəni tərk etmə “qadağası” qoyulmuşdu. Artıq qadağa aradan götürülüb.  

"Unikal" xəbər verir ki, bu barədə İranın "ISNA" agentliyi məlumat yayıb. 

Nəşr bildirir ki, eks-prezidentə  qoyulan qadağa oktyabrın 5-də axşam saatlarında ləğv edilib və o, pasportunu geri alıb.

Yayılan məlumatda İranın sabiq prezidentinin Qvatemalaya səfəri üçün təhlükəsizlik məsuliyyətini qəbul edtiyi və ölkədən çıxmaq üçün icazə aldığı bildirilir.