Türkiyənin Qaziantep bölgəsində D-400 quru yolunun Şatırhöyük hissəsində baş verən qəzada bir yük maşını qırmızı işıqda gözləyən 2 xidmət vasitəsi ilə 2 avtomobili əzib.

"Unikal" xəbər verir ki, əyləcləri tutmayan yük maşınının işıqforda 3 avtomobilə çırpılması nəticəsində 5 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bölgəyə çoxlu sayda səhiyyə, xilasetmə və təhlükəsizlik qüvvələri göndərilib. Yolda avtomobillərin hərəkəti dayandırılıb.