ABŞ-da nəşr olunan “New York Times” qəzeti 1941-1945-ci illərdə Qırmızı Ordunun nasist Almaniyasına qarşı tətbiq etdiyi döyüş taktikası ilə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı vuruşduğunu yazıb.

"Unikal" xəbər verir ki, bu taktika türklərin əfsanəvi taktikasının təqlididir. ABŞ-da çıxan “New York Times” qəzeti Rusiya Silahlı Qüvvələrinin hazırda Ukraynaya qarşı tətbiq etdiyi taktikadan yazıb. 

Qəzet Rusiya ordusunun çevik müdafiə taktikalarından istifadə edərək Kiyevə bağlı qüvvələrin hərəkətlərinə nəzarət etməyə çalışdığını yazıb və həmçinin NATO müttəfiqlərinin silah tədarük etmək istəməməsinin Rusiyaya üstünlük verdiyini qeyd edib.

Qəzetin yazdığına görə, Rusiya bilərəkdən bəzi mövqelərdən imtina edərək, qarşı tərəfi bölgəyə çəkməklə daha sonra isə artilleriya atəşi ilə qarşılıq verərək İkinci Dünya Müharibəsindəki kimi “çevik müdafiə taktikası” tətbiq edərək, Ukrayna Silahlı Qüvvələrinin bütün hərəkətinə nəzarət etməyi hədəfləyir.

Hərbi ekspertlər bildirirlər ki, Rusiyanın su keçirməyən mina sahələri, uzun səngər şəbəkələri və tank maneələri, eləcə də NATO müttəfiqlərinin müasir hərbi texnika və uzaq mənzilli silahları tez bir zamanda tədarük etmək istəməməsi Rusiyanın mühadibədəki üstünlüyünə kömək edir. 

Britaniya elmi-tədqiqat institutunun quru döyüşləri üzrə ixtisaslaşan baş elmi işçisi Ben Barri Sovet İttifaqının 22 iyun 1941-ci il və 9 may tarixləri arasında Nasist Almaniyası və digər nasist ölkələrinə qarşı apardığı Böyük Vətən Müharibəsi dövründə də bu yanaşmadan istifadə etdiyini bildirib. 1945-ci il, II Dünya Müharibəsi illərində Bölgədən çəkilən, əvvəlcə düşmənə hərəkətlilik verən, sonra isə onu intensiv hücumla boğan bu planın uğurla həyata keçirilməsi üçün yaxşı komanda və nəzarətin təmin edilməli olduğunu deyib.

Rusiya xüsusilə cənub Zaporojye cəbhəsində bu taktikadan fəal şəkildə istifadə edir.

Bəzi sosial media hesablarında Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Rusiya Federasiyasının Tuva bölgəsindən olduğu nəzərə alınaraq, rus ordusunun tətbiq etdiyi bu taktikanın qədim türklərin Orta Asiyada işlətdiyi “Aypara” taktikasına bənzədiyi də şərh edilir.

Aypara taktikası, Qurd tələsi və ya Turan taktikası kimi də tanınan bu taktika düşməni əhatə edərək onu məhv etmək məqsədi daşıyır. 

Bu taktika Osmanlı İmperiyası və ondan əvvəlki türk dövlətləri tərəfindən tez-tez istifadə olunurdu. Sahə döyüşlərində təsirli olub və iki mərhələdə tətbiq edilib. 

Müharibə zamanı ordu üç hissəyə bölünürdü: mərkəz, sağ və sol. Mərkəzi qüvvələr düşmən üzərinə hücuma keçəcək və bir müddət sonra bu hücum edən qüvvələr sanki qaçmış kimi geri çəkiləcəkdilər. Bunu edərkən atlara ox ataraq müharibəni davam etdirəcəkdilər. 

Beləliklə, geri çəkilən əsgərlərin ardınca gələn düşmən ordunun sağ və sol hissələrinin pusqu qurduğu yerə çəkiləcək, mühasirəyə alınaraq məhv ediləcəkdi.