ABŞ Rusiya Federasiyasının son analoji addımına cavab olaraq iki rus diplomatına Amerika ərazisini tərk etmə əmri vermək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətindən məlumat verilib.

"Dövlət Departamenti Rusiyaya Amerikanın Moskvadakı səfirliyindən iki diplomatı qovulmasına cavab olaraq ABŞ-da çalışan iki Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan edib" - XİN bildirib.

Dövlət Departamenti iddia edib ki, Rusiya amerikalı diplomatlara qarşı “təqiblərlə səciyyələnən davranış nümunəsi” nümayiş etdirir. Dövlət Departamenti bildirib ki, ABŞ administrasiyası öz diplomatlarına qarşı bu cür rəftara “səbir etməyəcək”. Dövlət Departamentinin fikrincə, Amerika tərəfinin hazırkı qərarı ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşlarına qarşı “qəbuledilməz hərəkətlərin” “nəticələrinin olacağını” açıq şəkildə göstərir. Rusiya Xarici İşlər Nazirliyinin sentyabrın 14-də verdiyi məlumata görə, ABŞ-ın Moskvadakı səfirliyinin iki əməkdaşı persona non-qrata elan edilib. Lin Treysi Xarici İşlər Nazirliyinə çağırılıb və ona səfirliyin birinci və ikinci katiblərinin hərəkətlərinin diplomatik statusla uyğun gəlmədiyi barədə nota verilib. Amerikanın Moskvadakı diplomatik nümayəndəliyinin bu iki əməkdaşına Rusiya ərazisini tərk etmək əmri verilib.