Moldova prezidenti Maya Sandu “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojinin “komandasını” ölkədə dövlət çevrilişinə cəhdin təşkilində ittiham edib.

"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Onun sözlərinə görə, Moldova xüsusi xidmət orqanları çevriliş hazırlığının qarşısını ala bilib, lakin Rusiya yenidən ölkədə hökuməti dəyişmək planları hazırlayır.

Bundan əvvəl Sandu Kişinyovun Avropaya inteqrasiya perspektivlərini müsbət qiymətləndirmişdi. 

O, həmçinin qeyd edib ki, Moldova vətəndaşlarının yarıdan çoxu Aİ-yə qoşulmaq ideyasını dəstəkləyir. Eyni zamanda, dövlət başçısı Avropa İttifaqına üzv olmaq perspektivi ilə “vətəndaşları bölmək, qorxutmaq və yanlış məlumatlandırmaq” cəhdlərinə diqqət çəkib.

Bundan əvvəl Maia Sandu bildirib ki, ölkədə Avropa dəyərlərinin təbliği üçün Rusiya ilə əməkdaşlıqdan imtina edilməlidir.