Çeçenistan rəhbəri Ramzan Kadırovun Qroznıda istintaq təcridxanasında olarkən "Qurani-Kərim"i yandıran Nikita Juravelini döyən 15 yaşlı oğlu Adəm Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumat verən Dövlət Dumasının deputatı Adəm Delimxanov Adəm Kadırovu “özünü əsl döyüşçü kimi sübut edən, son dərəcə bacarıqlı, hərtərəfli təhsilli və məqsədyönlü gəncin parlaq nümunəsi” adlandırıb.

Ramzan Kadırov Nikita Juravelini döyən oğlunun hərəkətləri ilə fəxr etdiyini bildirmişdi. 

Nuranə Abbasova