Rusiyalı müğənni Alla Puqaçova və əri Maksim Qalkin İsrail hava limanında görüntüləniblər.

"Unikal" xəbər verir ki, sözügedən foto Rusiya KİV-lərində  yayımlanıb. 

Bildirilir ki,   Puqaçova və Qalkin İsraildəki müharibəyə  görə ölkəni tərk etmək məcburiyyətində qalıblar.