“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili instaqram hesabında AFFA-ya irad bildirib.
"Unikal" xəbər verir ki, gürcü qolkiper Azərbaycanın U-21 millisinə dəvət almayan komanda yoldaşı Amin Ramazanova dəstək olub. Luka AFFA-nın və milli komandaların rəsmi səhəfələrini işarələyərək “gözünüzü açın” yazıb.
Qeyd edək ki, “Qarabağ”dan U-21 millisinə heç bir futbolçu dəvət olunmayıb. 20 yaşlı Amin Ramazanov bu mövsüm Premyer Liqada 2 oyun keçirib.