Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Çində uğurlu çıxış edib.

Azərbaycan Taekvondo Federasiyasından "Unikal"a verilən məlumata görə, 80 kq çəki dərəcəsində K-44 kateqoriyasında qüvvəsini sınayan yığma üzvü Tayyuan şəhərində keçirilən Qran-pridə fəxri kürsüyə yüksəlib.

Bütün rəqiblərinə qalib gələn Abuzərli qızıl medala yiyələnib və Azərbaycan himnini səsləndirib.