"Kanal D" kanalında yayımlanan "Yarqı" serialına yeni aktyor daxil olacaq.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində məşhur aktyor Arif Pişkin rol alacaq.

O, layihədə "Kadir Adarlı" adlı mənfi obrazı canlandıracaq.

Qeyd edək ki, serialın baş rollarını Pınar Dənizlə Kaan Urqabcıoğlu paylaşır.