Heydər Əsədova qarşı "savaş cəbhəsi"
11:08 09-04-2013
İQTİSADİYYAT
Heydər Əsədova qarşı "savaş cəbhəsi"
Hansı məmurlar Hesablama Palatasının ləğvini istəyir?
Hesablama Palatasının ayrı-ayrı nazirlik, komitə və digər dövlət qurumlarındakı son auditləri bəzi nazirlərdə narazılığa və narahatlığa yol açıb. Söhbət xüsusilə qurumun son hesabatında haqlarında ciddi ifşaedici faktların səsləndiyi dövlət qurumlarının rəhbərlərindən gedir.
Onlar hesab edirlər ki, Hesablama Palatası yuxarı məmur eşalonuna qarşı ikili standarta yol verir. Belə ki, bəzi nazirlərin, komitə sədrlərinin dövlət vəsaitlərini necə xərclədiyi audit edilməzkən, yaxud bu auditlər səthi, formal aparılarkən, bir çox iri məmurların büdcə pullarının xərclənməsi istiqamətində nöqsanlarına göz yumularkən başqa bəzi yüksəkvəzifəlilərə qarşı sərt davranılır.
Bu barədə "Unikal"ın məlumatına görə, Heydər Əsədovun rəhbərlik etdiyi Hesablama Palatasından narazı olanlar arasında kənd təsərrüfatı naziri İsmət Abbasov, Bakı meri Hacıbala Abutalıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, sənaye və energetika naziri Natiq Əliyev və digərləri var. Onların Hesablama Palatası ilə bağlı narazılıqlarını artıq açıq tekstlə səsləndirdikləri, bu vəziyyətlə barışmayacaqlarını bəyan etdikləri vurğulanır.
Əgər nəzərə alsaq ki, söhbət bütün bu incikliklərin, narazılıqların fonunda Hesablama Palatasının ləğv edilməsinə çalışmaqdan gedə bilməz, geriyə ikinci variant qalır: Milli Məclisin tabeçiliyində fəaliyyət göstərən Palatanın hazırkı sədrinin əvəzlənməsinə nail olmaq! Belə ki, Heydər Əsədov hazırda iqtidarda bir qrupa yaxın hesab edilir və onun həmin qrupla ixtilafda olan iri məmurları gözümçıxdıya saldığı iddia olunur.
Qeyd edək ki, Hesablama Palatası qanunvericiliklə müəyyən edilmiş hüquqi səlahiyyətlərinə görə Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır. Palata təşkilati və funksional müstəqilliyə malikdir. Mahiyyət etibarı ilə Azərbaycan Respublikasının Hesablama Palatası demokratik orqan olmaqla, öz fəaliyyətini qanunçuluq, sərbəstlik, obyektivlik, kollegiallıq, aşkarlıq və ədalətlilik prinsipləri əsasında qurur, fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edir və qanunvericiliklə müəyyən edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
Amma onun fəaliyyəti heç də yuxarıda göstərildiyi kimi "demokratik", "obyektiv", "qanunçuluğa əsaslanan və sərbəst" xarakterizə edilmir, belə ki, KİV və müstəqil ictimai-siyasi institutlar bu qurumu hökumətin iradəsindən asılı, böyük korrupsiya əməliyyatlarına seyrçi, iri məmurların təsir dairəsində olan bir orqan olaraq xarakterizə edirlər.
İndi isə belə görünür ki, hətta bir çox nazirlərin də Hesablama Palatası ilə bağlı ciddi narazılıqları, şübhələri var. Bu isə Heydər Əsədovun rəhbərlik etdiyi quruma qarşı hökumət daxilində hansısa gizlim ittifaq yapradıldığını və ya yaradıla biləcəyini təxmin etmək üçün ciddi əsaslar verir. Ona görə də qarşıdakı müddət Palatanın sədri üçün heç də asan keçməyəcək. O və Hesablama Palatasındakı kolleqaları ayrı-ayrı dövlət qurumlarındakı maxinasiyaların, yeyintilərin üstünə getdikcə qurumun rəhbərliyinə qarşı mümkün ittifaqın sıraları da genişlənəcək, daha çox məmur Hesablama Palatasını özü üçün "arzuolunmaz" elan edəcək.
Bu vəziyyətdə Heydər Əsədovun onlara qarşı necə müqavimət göstərəcəyi, bəzi məmurların ona qarşı açdığı savaş qarşısında necə duruş gətirəcəyi heç şübhəsiz, indidən maraq mövzusudur. Hər halda, yaşayıb görəcəyik.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55