"XXI əsrin əvvəllərinə diqqət yetirsək, fəal 52 separatizm ocaqları mövcuddur. İlk dəfə separatizm ocaqlarının sayı azalıb və bu gün 51 aktiv separatizm ocağı var. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi inqilabi dəyişiklikdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deputat Elşad Mirbəşir oğlu deyib. Onun sözlərinə görə, XX əsr boyunca bir fakt mövcud deyil ki, separatizm ocağı söndürülsün:
"Azərbaycan Prezidenti Cənubi Qafqazda separatizm ocağını söndürməyə nail oldu. Bununla da qlobal təhlükəsizliyə mühüm töhfə verdi və ilk dəfə olaraq bu istiqamətdə nümunə yarada bildi. Hesab edirəm ki, Azərbaycan dövləti və Prezidentinin dünyada təqdim etdiyi nümunə gələcəkdə separatizmlə mübarizə ilə mayak rolunda çıxış edəcək", - deyə deputat bildirib.
Anar Kəlbiyev