“Kəpəz” komandası heyətini yeni qapıçı ilə gücləndirib.
Klubdan "Unikal"a verilən məlumata görə, portuqaliyalı İqor Rodriges "sarı-göylər"in şərəfini qoruyacaq. Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.
Qolkiperin son klubu ölkəsində “Feyrense” olub. 28 yaşlı qapıçı 2017-ci ildə Portuqaliyanın tanınmış komandalarından olan "Benfika" ilə müqavilə bağlasa da, icarə əsasında “Şaveş”, “Eştoril” və “Sportinq Kovilya” klublarında oynayıb.