Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar zamanı Qarabağ ətrafındakı vəziyyəti müzakirə etməyi təklif edib.
"Unikal" xəbər verir ki, Putin hər iki liderin cümə günü MDB sammitində iştirak etdiyi Qırğızıstanda İlham Əliyevlə görüşür. Danışıqlarda hər iki ölkənin nümayəndə heyətləri iştirak edir. Görüşün əvvəlində Rusiya lideri bir müddət əvvəl azərbaycanlı həmkarı ilə telefonla danışdıqlarını xatırladıb. O bildirib ki, görüş zamanı Qarabağdakı vəziyyətlə bağlı məsələlərə diqqət yetirəcəklər.
"Bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir, amma bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir. Söhbətimizi belə qurmağı təklif edirəm: o zaman bəlkə ikinci hissədən başlayaq ki, danışmaq imkanı olsun. Həssas məsələlər haqqında danışacağıq”, - Putin deyib.