Xəbər verdiyimiz kimi, şahmatçımız Gövhər Beydullayeva İtaliyada 20 yaşa qədər gənclər arasında keçirilən şahmat üzrə Dünya Çempionatında 9/11 xal yığaraq Dünya Çempionu olub.

"Unikal"ın məlumatına görə, Gövhər tanınmış həkimin qızıdır.

Belə ki, onun atası Mərkəzi Gömrük Hospitalının həkimi, cərrah-transplantoloq Kamran Beydullayevdir. 
 

*** 21:03

İtaliyada rapid və blits üzrə gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilir.

"Unikal" xəbər verir ki, Azərbaycanı yarışda Maqomed Muradlı və Gövhər Beydullayeva təmsil edir.

Rapid üzrə 11 turun nəticələrinə əsasən Beydullayeva 9 xal toplayaraq 1-ci yeri tutub. Muradlı isə 6,5 xalla 8-ci yerdə qərarlaşıb.

Gənclər arasında dünya çempionatı blits-turnirlə davam edəcək.

Reytinqə görə, Muradlı 47 iştirakçı arasında dördüncü, Beydullayeva isə 24 iştirakçı arasında üçüncüdür.