Türkiyə millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, D qrupunda mübarizə aparan "ay-ulduzlular" səfərdə Xorvatiya yığması ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Barış Alper Yılmaz vurub.
Bu nəticədən sonra xallarını 13-ə çatdıran Türkiyə millisi liderliyə yüksəlib. 10 xalı olan Xorvatiya isə 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, qrupun digər oyununda Latviya seçməsi doğma meydanda Ermənistana 2 cavabsız qolla qalib gəlib.