“Kəpəz” komandası heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan "Unikal"a verilən məlumata görə, Gəncə təmsilçisi malili hücumçu Adama Nianeni transfer edib.

30 yaşlı forvardla imzalanmış müqavilə cari mövsümün sonuna kimi nəzərdə tutulub.

Adama Nianenin son klubu İranın “Nassaji” komandası olub. Daha çox Fransa və Belçika çempionatlarında top qovmuş futbolçu "Nant", "Trua", “Soşo”, “Şarlerua” və “Ostende” kimi klublarda çıxış edib. O, 7 oyunda Mali yığmasının formasını geyinib.