Voleybol üzrə Türkiyə Milli Komandasının ulduzu Zəhra Günəş valideynləri ilə birgə çəkilmiş fotosunu paylaşıb. 

“Unikal” xəbər verir ki, sosial şəbəkə izləyiciləri idmançının atasını məşhur amerikalı aktyor Nil Patrik Harrisə bənzədiblər. 

“How I Met Your Mother” serialında "Barni" obrazını canlandıran aktyor Nil Patrik Harrislə müqayisə edilən Zahid Günəşlə xanımı Zeynəb Günəşin hündürboylu olmaları da diqqət çəkib.