İranın İspaniyadakı səfirliyi portuqaliyalı hücumçu Kriştiano Ronaldonun iranlı sənətçi Fatimə Həmamini öpdüyünə və qucaqladığına görə ona şallaq cəzası veriləcəyi ilə bağlı məlumatı şərh edib.
"Unikal" xəbər verir ki, səfir məlumatı təkzib edərək "X" sosial şəbəkəsində yazıb:
“Onun Fatimə Həmami ilə səmimi və insani görüşü həm ölkə xalqı, həm də ölkənin idman rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və rəğbətlə qarşılanıb”.