Səudiyyə Ərəbistanının Əl-Nəsr və Portuqaliya millisinin hücumçusu Cristiano Ronaldo bir ildən sonra reytinqdə birinci yerə qayıdıb.
"Unikal" xəbər verir ki, 38 yaşlı futbolçunun gəliri vergilər və agent haqlarından əvvəl 260 milyon dollar olub. Bunun 200 milyonu maaş, 60 milyonu sponsorluq müqaviləsidir.
İkinci yerdə 135 milyon dollarla Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi qərarlaşıb. İlk üçlüyü Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının hücumçusu Neymar (112 milyon dollar) tamamlayır.
Keçən il "Forbes" reytinqinə başçılıq edən Paris Saint-Germain hücumçusu Kilian Mbappe dördüncü yerə enib.