AVRO-2025-ün seçmə mərhələsində Bakıda Azərbaycan və Lüksemburq yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.
"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Dumitri Muntean olacaq. Ona həmyerliləri Denis Oala və Sergiu Boqdan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İqor Boska yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 17-də “Azersun Arena”da keçiriləcək görüş saat 18:00-da baş tutacaq.