Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu dünya futbol tarixində üç fərqli onillikdə 100-dən çox qol vuran altıncı oyunçu olub.
"Unikal" xəbər verir ki, 38 yaşlı forvard bunu yığmanın heyətində AVRO-2024-ün seçmə mərhələsinin Slovakiya ilə matçında (3:2) fərqlənməklə bacarıb. Sözügedən qarşılaşmada dubl edən Ronaldu 2020-ci ildən sonra vurduğu qolların sayını 101-ə çatdırıb.
O, XXI əsrin ilk onilliyində (2001-2010) 206, ikinci onilliyində (2011-2020) isə 550 qola imza atıb.
Qeyd edək ki, Kriştianu Ronaldudan əvvəl bu uğura Alfredo Di Stefano, Ferents Puşkas, Pele, Romario və Lionel Messi nail olublar.