Madrid “Real”ının braziliyalı vingeri Rodriqo Qoes “Kral klubu” ilə yeni müqavilə imzalayacaq.
"Unikal" xəbər verir ki, futbolçu ilə yeni anlaşmanın müddəti 2028-ci ilə qədər davam edəcək.
Rodriqonun müqaviləsinə 1 milyard avro məbləğində təzminat maddəsinin daxil ediləcəyi bildirilir. “Real” bununla da gənc ulduzunu digər Avropa klublarının, xüsusilə Səudiyyə Ərəbistanı təmsilçilərinin mümkün transfer marağından sığortalamaq niyyəti güdür.