İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında rapid və blits üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mərasimdə fəxri kürsüdə yer alan şahmatçılara mükafatlar təqdim olunub. Birinci yeri tutan Gövhər Beydullayeva və Məhəmməd Muradlının şərəfinə iki dəfə Azərbaycan himni səsləndirilib.
Xatırladaq ki, rapid və blits yarışlarında müvafiq olaraq Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Məhəmməd Muradlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. G. Beydullayeva həmçinin blits yarışında üçüncü yer tutub.