Həmas nümayəndəsi girovları İsrail həbsxanalarında saxlanılan 6 min fələstinli ilə dəyişmək niyyətində olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əlavə, o qeyd edib ki, Qəzza diviziyasının yüksək rütbəli İDF zabitləri Fələstin əsirliyindədir.

Oktyabrın 16-da Fələstin HƏMAS hərəkatının yaraqlı qanadı İzzəddin əl-Qəssam briqadasının nümayəndəsi Əbu Ubeydə 200-250 girovun radikalların əlində olduğunu bildirib.