Türkiyəli aktyor Mətin Akpınarın daha bir nikahdan kənar övladının olduğu ortaya çıxıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mətinin 1984-cü ilə təvvəllüdlü oğlunun hazırda Almaniyada yaşadığı deyilib. Onu övladlığa götürən ailə Mətinə qarşı məhkəmə iddiası qaldırmağı tələb edir.
Qeyd edək ki, Akpınar 1961-ci ildən Göksel Özdoğdu ilə evlidir. İllər sonra onun nikahdankənar Duyqu və Sevgi adlı qızlarının olduğu ortaya çıxıb.