2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oktyabrın 17-də keçiriləcək seçmə oyunları Brüsseldə atışma qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Mətbuat Xidməti məlumat yayıb.
“Bu gecə Avro-2024-ün seçmə mərhələsinin bütün matçlarında dünən Belçika - İsveç matçı öncəsi Brüsseldə baş vermiş terror aktının iki qurbanının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək”, - deyə məlumatda bildirilir.