İsrail polisi fələstinli müğənni Dəllal Əbu Əminəni Fələstini dəstəklədiyi və İsrail əleyhinə yazılar yazdığı səbəbilə saxlayıb.
“Unikal” xəbər verir ki, bu barədə İsrail polisi yazılı açıqlama yayıb. Bildirilir ki, Əminə “Fələstinə dəstək vermək və hadisələri təhrik etmək” şübhəsi ilə saxlanılıb. Polisin həbs müddətinin uzadılması tələbi ilə fələstinli müğənninin Nazaret Sülh Cəza Məhkəməsinə sövq ediləcəyi bildirilib.
1983-cü ildə Nazaretdə anadan olan, həm də həkim və prodüser olan Əbu Əminə evlidir və iki uşaq anasıdır. Əbu Əminənin İnstaqram hesabında 309 min izləyicisi var.