ABŞ Yaxın Şərqə göndərilməyə hazırlaşmaq üçün 2000 hərbçiyə göstəriş verib, lakin onların yerləşdirilməsi ilə bağlı heç bir qərar verilməyib.

"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sabrina Sinq bildirib. Onun sözlərinə görə, Pentaqonun rəhbəri Lloyd Ostin Müdafiə Nazirliyinin 2000-ə yaxın əməkdaşına yerləşdirməyə hazırlaşmağı əmr edib.

Sinq vurğulayıb ki, əmr yalnız müvafiq bölmələrin qüvvələrini “yüksək döyüş hazırlığı” vəziyyətinə gətirəcək.

Bundan əvvəl məlum olub ki, ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla hərbi yardımı müzakirə etmək üçün yüksək vəzifəli israilli həmkarları ilə görüşmək üçün oktyabrın 17-də Təl-Əvivə elan olunmamış səfərə gəlib .