Almaniya kansleri Olaf Şoltsun nümayəndə heyəti Təl-Əvivdən Misirə uçuşdan əvvəl şəhərdə hava xəbərdarlığı elan edildiyi üçün hökumət təyyarəsini tərk etməli olub.

"Unikal" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

“Çərşənbə axşamı axşam kansler Olaf Şoltsun nümayəndə heyəti Təl-Əvivdən Qahirəyə uçmazdan əvvəl raket həyəcanı səbəbindən qəflətən təyyarəni tərk etməli olub. Sərnişinlərdən hava limanında yerə uzanmaq istənilib”, - deyə agentlik məlumat yayıb.