İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Həqari Qəzza zolağında xəstəxanaya hücuma görə "İslami Cihad" qruplaşmasını günahlandırıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Həqari açıqlamasında deyib:

“Bizdə olan bir neçə mənbədən əldə edilən kəşfiyyat məlumatları göstərir ki, "İslami Cihad" Qəzza zolağındakı xəstəxananı vuran uğursuz raket atışına görə məsuliyyət daşıyır”.