Fələstin-İsrail münaqişəsinin növbəti gərginləşməsindən sonra Qəzza zolağında məcburi köçkünlərin sayı 1 milyona çatıb.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi bildirib.

"Hərbi əməliyyatların başlanmasından bəri məcburi köçkünlərin sayı 1 milyona çatıb, o cümlədən 352 mindən çoxu hazırda BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin Qəzza zolağının mərkəzi və cənub hissələrində yerləşən məktəblərində sığınacaq tapıb. Təxminən 55 min nəfər digər 51 sığınacaqda yaşayır", - deyə qeyd olunub.

Həmçinin bildirilib ki, Qəzza zolağında iki həftəlik əsas ərzaq ehtiyatı, yalnız dörd-beş günlük ərzaq mağazası qalıb.