AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub.
"Unikal" xəbər verir ki, son oyun günündə yeddi qarşılaşma keçirilib.
A qrupunda Ukrayna millisi Maltanı, İngiltərə yığması İtaliyanı məğlub edib. Qələbə britaniyalıları final mərhələsinə daşıyıb.
G qrupunda Macarıstan Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edə bilərdi. Lakin səfərdə Litva ilə heç-heçə edən komanda bunun öhdəsindən gələ bilməyib. Qrupun digər matçında isə Serbiya doğma meydanda Monteneqroya qalib gəlib.
H qrupunda Qazaxıstan Finlandiyanı, Sloveniya Şimali İrlandiyanı, Danimarka isə San Marinonu üstələyib. Bu qrupda da bütün suallara son iki turda aydınlıq gələcək.
AVRO-2024, seçmə mərhələ
VIII tur
17 oktyabr
C qrupu
22:45. Malta – Ukrayna - 1:3
22:45. İngiltərə - İtaliya - 3:1
Xal durumu: İngiltərə - 16 (6 oyun), Ukrayna - 13 (7), İtaliya – 10 (6), Şimali Makedoniya – 7 (6), Malta – 0 (7)
G qrupu
22:45. Litva – Macarıstan - 2:2
22:45. Serbiya – Monteneqro - 3:1
Xal durumu: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva - 6 (7), Bolqarıstan – 2 (6)
H qrupu
20:00. Finlandiya – Qazaxıstan - 1:2
22:45. Şimali İrlandiya – Sloveniya - 0:1
22:45. San Marino – Danimarka - 1:2
Xal durumu: Sloveniya – 19 (8), Danimarka – 19 (8), Qazaxıstan - 15 (8), Finlandiya – 12 (8), Şimali İrlandiya – 6 (8), San Marino – 0 (8)
Qeyd edək ki, daha əvvəl ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya yığmaları Avropa çempionatına vəsiqəni təmin ediblər.