"Qızım deyir ki, universitetdə hamının instaqram və TikTok-u var, icazə ver mən də açım. Həmin sosial şəbəkələrin əleyhinəyəm, qızıma icazə vermirəm istifadə etsin. Gülərin nə instaqram, nə də TikTok-u var. Oradan nə öyrənmək olar? Kaş ki, TikTok həmişəlik bağlansın".
"Unikal" xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "İncə səhər" proqramında deyib.
Aktrisa sosial şənəkələrə qızı Gülərin girməsini qadağan etməsindən danışıb:
"Gülərin sosial şəbəkələrdə olmasını istəmirəm. Çünki orada elə şeylərə rast gəlinir ki... Qəlbini qırmaq istəmirəm, böyük qızdır. 18 yaşı var. Amma ona icazə vermirəm. Düşünürəm ki, qızım sosial şəbəkələrə daxil olsa, dərsləri qalacaq kənarda. Bu dəqiqə uşaqların gözləri telefondan, internetdə olmaqdan zəifləyib. Sosial şəbəkəyə girməkdənsə, dil öyrənsin".