Dini ədəbiyyatlara qarşı kompaniyaya start verildi
11:32 10-04-2013
İQTİSADİYYAT
Dini ədəbiyyatlara qarşı kompaniyaya start verildi
Amma bunun effekt verəcəyi inandırıcı görünmür
Son zamanlar ölkəyə qadağa edilmiş dini ədəbiyyatların gətirilməsinə qarşı daha sərt mübarizə aparmaq üçün müəyyən addımlar atılmaqdadır. Çünki istər Səüdiyyə Ərəbistanından vəhabi təriqəti ilə bağlı, istər İrandan şiəçiliklə bağlı, istərsə də Türkiyədən nurçuluqla bağlı dini kitabların gətirilməsi kifayət qədər artıb. Çox maraqlıdır ki, hətta gətirilən bəzi ədəbiyyatlar hələ də kril əlifbası ilədir və burda məqsəd yaşlı nəslin marağını cəlb etməkdir.
Bundan başqa aydın olub ki, Azərbaycana ən çox dini ədəbiyyat həm də “Yeqova şahidləri” xristian missioner təşkilatı tərəfindən gətirilir və bunun da qarşısını almaq olduqca çətindir. Buna görə uzun müzakirələrdən sonra “Dini etiqad azadlığı haqqında” qanun layihəsində ciddi dəyişikliklər edildi və hazırda bu istiqamətdə yeni addımlar atılıb. Belə ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində dini təyinatlı ədəbiyyata və dini məzmunlu başqa məlumat materiallarına aksiz markaları vurulması üçün iş aparılır. Məlumatı komitənin mətbuat xidmətinin rəhbəri Orxan Əli verib. O deyib ki, komitənin müvafiq strukturları “Dini etiqad azadlığı haqqında qanun”a edilmiş son dəyişikliyə uyğun hazırlıqlar görür.
“Dini etiqad azadlığı haqqında qanun”un bu ilin fevral ayında edilmiş dəyişikliyə görə, vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər.
Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər.
Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.
Maraqlıdır, bəs bu yeniliklər qanunsuz dini ədəbiyyatların gətirilməsinin qarşısını ala biləcəkmi? Ekspertlər bildirir ki, əslində indi dini ədəbiyyatların gətirilməsinə o qədər də zərurət yaranmayıb. Səbəb isə budur ki, daha rahat və təhlükəsiz metodlardan istifadə etməyə başlayıblar. Tək bunu demək kifayətdir ki, son 5 il ərzində Azərbaycanda 600-ə qədər dini təmayüllü sayt açılıb. Bununla da istənilən təriqət rahatlıqla öz təbliğat işlərini həyata keçirə bilir və bunun qarşısını almaq faktiki mümkünsüz hala gəlib çıxıb. Özüdə ən maraqlısı budur ki, bu gün internet resurslarından ən çox dindarlar istifadə edir və internet şəbəkələrdə gənclərin bu təriqətlərə cəlb olunmaları üçün xüsusi mərkəzlər fəaliyyət göstərir. Bundan başqa hazırda maraqlı başqa bir üsuldan da yararlanma halları müşahidə olunur. Artıq hansısa dini ədəbiyyatı sərhəddi keçməklə gətirməyə ehtiyac qalmayıb. Bu gün yenə də internet şəbəkələrindən istifadə etməklə lazımi dini ədəbiyyatı əldə edir və daha sonra özlərinə məxsus nəşriyyatlarda qeyri-qanuni çap edərək rahatlıqla yayımlayırlar. Buna görə də ekspertlər hesab edir ki, qanunda edilən dəyişikliklər yetərli deyil və bu prosesin qarşısını almaq hələ ki, mümkünsüzdür. Buna görə də hesab edilir ki, daha çox internet resurslar üzərində nəzarət qoyulmalıdır. Çünki bu gün elə təriqət var ki, onun fəaliyyəti ümumiyyətlə yasaqlanıb ,amma ölkədə bir neçə saytları var ki, bundan istifadə etməklə işlərini davam etdirirlər. Yəni bu gün Azərbaycan rəsmi dairələri ilk növbədə buna üstünlük verməlidirlər. Ən azından müəyyən saytlar nəzarətə götürülməli və fəaliyyətlərinə qadağada qoyulmalıdır. Bundan başqa ekspertlər hesab edir ki, dini marifləndirmə istiqamətində işlər artırılmalıdır. Çünki bu gün açıq şəkildə görünür ki, din get-gedə siyasiləşir və bu gələcək təhlükədən artıq xəbər verir.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55