Hava limanı ATƏT-in müzakirəsində
11:33 10-04-2013
İQTİSADİYYAT
Hava limanı ATƏT-in müzakirəsində
Azərbaycan tərəfi güzəştə getməyəcək
ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyanada Minsk Qrupu ölkələrinin səfirlərini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişi barədə məlumatlandırıblar.
Xatırladaq ki, həmsədrlər İqor Popov, İan Kelli, Jak For və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik 18-22 mart və 1-6 aprel tarixlərində regiona səfər ediblər. Vasitəçilər martın 21-də İrəvanda Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Onlar aprelin 2-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçiriblər. Həmsədrlər martın 19-20-də və aprelin 4-5-də Dağlıq Qarabağda separatçı rejimin rəhbərliyi ilə də görüşüblər.
Buda aydın olkub ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxın həftələrdə yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirəcəklər.
Bu barədə də həmsədrlərin bölgəyə son səfərləri barədə verdikləri bəyanatda bildirilir.
Bəyanatda həmsədrlər Novruz və Pasxa bayramları dövründə qoşunların təmas xəttində nisbi sakitlik hökm sürdüyünü vurğulayıblar. Onlar ümid edir ki, bu vəziyyət bundan sonra da davam edəcək. Diplomatlar səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin inkişafı üçün atılacaq addımların müzakirə olunduğunu açıqlayıblar. Vasitəçilər Dağlıq Qarabağdakı hava limanından mülki reyslərin həyata keçirilməsi məsələsini prezidentlərlə müzakirə etdiklərini də bəyan ediblər.
Maraqlıdır, Azərbaycan tərəfi hava limanı məsələsində hansı güzəştlərə gedə bilər? Ekspertlərin fikrincə hazırda Azərbaycan tərəfi tam gücü ilə beynəlxalq təşkilatlar vasitəsi ilə bu işin qarşısını almağa çalışır və artıq müəyyən uğurlara nail ola bilib. Belə bir məqamda Azərbaycanın güzəştə getməsi mümkünsüzdür. Çünki bu özlüyündə psixoloji savaşda məğlub olmaq deməkdir. Ekspertlər hesab edir ki, buna görə də bu mövzunun aktuallaşmasına əsasda yoxdur. ATƏT-in hava limanı məsələsinə həssas yanaşmasının isə başlıca səbəbi budur ki, Azərbaycan tərəfi məsələyə hərbi müdaxilə edəcəyini bildirib. Bu isə özlüyündə müharibənin başlanması deməkdir. ATƏT-in Minsk qrupu isə hələ ki, belə danışıqlar aparmaqla vaxt qazanmağa çalışır.
Informasiya şöbəsi
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55