Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi ölkədəki hərbi münaqişə ilə əlaqədar İsraildə keçiriləcək bütün oyunları növbəti bildirişə qədər ləğv edib.
"Unikal" xəbər verir ki, bu barədə birliyin mətbuat xidməti açıqlayıb.
"İsraildə mövcud təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra UEFA-nın İcraiyyə Komitəsi təşkilatın himayəsi altında keçirilən turnirlərin növbəti xəbərdarlığa qədər ölkədə keçirilməyəcəyi barədə qərar qəbul edib", - UEFA-nın mətbuat xidmətinin bəyanatında deyilir.
Təşkilat həmçinin 2025-ci il gənclər arasında Avropa çempionatı öncəsi seçmə oyunların ləğvi barədə qərar qəbul edib. Bunlara 21 yaşadək və 17 yaşadək kateqoriyalar daxildir: İsrail, Belçika, Uels və Cəbəllütariq milli komandaları bu gənclərdən ibarət komandaların görüşlərində iştirak etməli idilər.
Ağarza Elçinoğlu