Baş rollarını Kıvanç Tatlıtuğla Serenay Sarıkayanın paylaşdığı "Ailə" serialı erkən final edəcək.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin reytinqləri aşağı düşdüyü üçün bu qərar alınıb. Layihə 2-3 həftəyə izləyicilərinə vida edəcək.

Qeyd edək ki, serialın 30 bölüm davam etməsi planlanmışdı.