"Star" telekanalında yayımlanan "Yalı çapkını" serialı rekorda imza atıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi "Kann mipcom sərgisi"ndə ən çox satışa imza atan ekran işi olub. Layihənin bir bölümü 700 min dollara (təxminən 1 milyon 190 min manat) satılıb.
Qeyd edək ki, serialın baş rollarını Mərd Ramazan Dəmirlə Afra Saraçoğlu paylaşır.