Məşhur müğənni Zeynep Bastık Qəzzada həyatını itirən fələstinlilər üçün Türkiyədə 3 günlük milli matəm elan edilməsinə reaksiya verib.
"Unikal" xəbər verir ki, sektordakı minlərlə insanın evlərinə çörək gətirmək məcburiyyətində olduğunu ifadə edən Bastık, "Qərar veriləcəksə, ona hörmət edirik. Sadəcə ağrını paylaşmaq minlərlə insanın işinin dayanması və peşəsi ilə məşğul ola bilməməsi deməkdir. Mən bunu başa düşmək istəyirəm, amma başa düşə bilmirəm”, - deyib.
Qeyd edək ki, İsrailin Qəzzada xəstəxanaya hücumundan sonra Türkiyədə 3 günlük milli matəm elan edilib. Matəm elan edildikdən sonra bir çox mədəniyyət və incəsənət tədbirləri ləğv edilib.