İsrailin baş naziri Binyamin Netanyahu cəbhə bölgəsinə səfəri və elit Qolani piyada briqadası ilə görüşü zamanı ölkənin düşmənlərinə güclü zərbə endirəcəyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

“Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bütün İsrail sizinlədir və biz qələbə qazanmaq üçün düşmənlərimizə güclü zərbələr endirəcəyik”, - deyə Netanyahu bildirib.

Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.