Rusiya hərbçiləri döyüş delfinlərini təkcə Sevastopoldakı körfəzləri qorumaq üçün deyil, həm də Krımdakı digər bazalarda yerləşdiriblər. 

"Unikal" xəbər verir ki, bu barədə Britaniya Kral Donanmasının rəsmi nəşri olan "Naval News" yazıb. 

Məlumata görə, döyüş delfinlərinin yerləşdirilməsi ərazidə təhlükə yarada biləcək Ukrayna xüsusi təyinatlılarından qorunmaq məqsədi daşıyır. Təlim keçmiş delfinlər hərbi dalğıclara qarşı effektiv hesab olunur: "Nə qədər atletik və ya yaxşı təlim keçmiş olsa da, üzgüçülükdə onlardan üstün ola biləcək heç nə yoxdur". 

 Sualtı donanma üzrə ixtisaslaşmış jurnalist yazır ki, delfinlərdən çox güman ki, gəmiləri dalğıclardan və kəşfiyyatçılardan qorumaq üçün istifadə olunacaq: "Onlar hədəf tapdıqdan sonra məlumatları hərbçilərə ötürürlər. Həmçinin Ukrayna xüsusi təyinatlılarının reydlər keçirdikləri sahillərdə patrul edə bilərlər".

Ağarza Elçinoğlu