İsrail hökuməti Qətərin “Əl-Cəzirə” telekanalının öz ərazisində yayımını qadağan etmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin KAN dövlət radiosu məlumat yayıb.
Media aydınlaşdırır ki, kanalın bağlanması təklifi oktyabrın 16-da İsrailin rabitə naziri Şlomo Karya tərəfindən irəli sürülüb. Təşəbbüsü İsrail kəşfiyyat xidməti Mossad dəstəkləyib.
"Əl-Cəzirə" mərkəzi Qətərin paytaxtı Dohada yerləşən beynəlxalq yayım şirkətidir. 1996-cı ildən verilişlər aparır. Kanal Qərb koalisiyasının Əfqanıstandakı hərəkətlərini işıqlandırmağa və Usamə bin Ladenin bəyanatlarını yayımlamağa başlayandan sonra dünya şöhrəti qazanıb.
Gülayə Mecid