Fələstin Prezidenti Mahmud Abbas amerikalı həmkarı Co Baydenin İsrailə səfəri zamanı onunla telefon danışığı aparmaqdan imtina edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin administrasiyasının nümayəndələri oktyabrın 18-i iki lider arasında telefon danışığı təşkil etməyə cəhd ediblər, lakin Mahmud Abbas bunu qəbul etməyib.