Nigerin devrilmiş prezidenti Məhəmməd Bazoum ev dustaqlığından qaçmağa çalışıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkədə hakimiyyəti ələ keçirmiş qüvvələrin nümayəndəsi, polkovnik mayor Amadu Abdraman bildirib.

Onun məlumatına görə, oktyabrın 19-na keçən gecə Bazoum ailəsi, iki aşpaz və iki təhlükəsizlik işçisi ilə Niamey şəhərinin kənarına gedərək avtomobillə qaçmağı planlaşdırıblar. 

Bazoum iyulun 26-da öz mühafizəçiləri tərəfindən saxlanılıb. Devrilmiş prezident istefa verməyə məcbur olub və həyat yoldaşı və oğlu ilə birlikdə paytaxt iqamətgahında saxlanılıb.