Türkiyəli məşhur müğənni Ajda Pekkan Fələstin-İsrail münaqişəsinə münasibət bildirib.

"Unikal" xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. Pekkan paylaşımında Fələstinə dəstək olduğunu ifadə edib:

"Ərəb-İsrail müharibələri ilə başlayan və yarım əsrdir davam edən, indi isə sülh və əmin-amanlıq içində yaşayacaqlarını umduğumuz halda şiddəti getdikcə artan zorakılığa və qətliama lənət diləyirəm. Doğulduqları torpaqlar qədərləri olan milyonlarla çarəsiz insan adından vəziyyəti bu nöqtəyə gətirən, öz ambisiyaları, maraqları naminə müdaxilə etmək gücü olub da susan, biganə qalan insanlığa lənət olsun. Çox üzr istəyirəm, xəbərlərə baxdıqca ürəyim sıxılır, insan kədərlənməkdən yorulanda necə olursa, elə hiss edirəm.

Fələstində baş verənlər, dünyanın gözü qarşısında edilən qətliam, hətta soyqırımı qəbuledilməzdir. Təəssüflənməkdən, qınamaqdan, lənətləməkdən başqa əlimizdən heç bir şeyin gəlməməsi də çox kədərlidir. Allah bütün günahsız insanlara kömək olsun. Dualarımız onlarladır. Onları bu ağrıya və acıya layiq bilən insan övladları əlbəttə bəşəriyyət tarixində qara ləkə kimi səhifələrə düşəcək".