Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tədbir onlayn rejimdə, videobağlantı vasitəsilə keçirilib. Xüsusilə, dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün müasir texnologiyaların tətbiqi məsələləri müzakirə olunub.