Üçüncü Dünya Müharibəsi 2008-ci ildə başlayıb və indi özünün qaynar mərhələsindədir.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
"Üçüncü Dünya Müharibəsi 2008-ci ildə Rusiya Federasiyasının Gürcüstana hücumu və ərazinin bir hissəsini ələ keçirməsi ilə başladı. Sonra 2014-cü ilin fevralında vəziyyət yarandı. Müharibə "sərin" vəziyyətdə idi, indi də aktiv mərhələyə qədəm qoyub. 2024-cü il fevralın 24-də isti fazaya keəcək. İndi İsrail ərazisində, başqa ölkələrin ərazisində baş verənlər artıq onun nəticələridir. Üstəlik, mən əminəm ki, bu, yaxın gələcəkdə qarşılaşacağımız son müharibə deyil", - Ukrayna rəsmisi qeyd edib.
O vurğulayıb ki, indi dünyanın buna uyğun reaksiya verməlidir:
"Mən hesab edirəm ki, ABŞ da daxil olmaqla, məsuliyyətli siyasətçilər başa düşürlər ki, onlar buna mümkün qədər tez son qoymalıdırlar. Birdəfəlik və həmişəlik".
Gülayə Mecid